Yerli biznes və xarici tərəfdaşlar üçün praktik konsaltinq

Biznes prosesləriniz üçün aydın maliyyə sistemi.

ANT Consulting sahibkarlar üçün vergi hesabatları, mühasibat uçotu və idxal-ixrac əməliyyatlarını aydın və nəzarət edilə bilən sistemə salır. Xarici tərəfdaşlar üçün isə Azərbaycanda uyğun məhsul, istehsalçı və təchizatçıların tapılmasını əlaqələndirir.

15+ il sahə təcrübəsi
10+ nəfər komanda
200+ müştəri portfeli

Bizə güvənən şirkətlər

Xidmətlər

Yerli və xarici müştərilər üçün kompleks biznes dəstəyi.

Fokusumuz sadəcə sənəd hazırlamaq deyil. Biz vergi, uçot və ticarət proseslərinin sistemli, izlənə bilən və sahibkar üçün rahat işləməsini qururuq.

Yerli müştərilər üçün
01

Vergi Hesabatlarının Hazırlanması və Təqdim Edilməsi

Aylıq, rüblük və illik hesabatların hazırlanması, təqdim edilməsi və risklərin əvvəlcədən yoxlanması.

  • ƏDV, mənfəət, gəlir, sadələşdirilmiş, vahid və ödəmə mənbəyində vergi bəyannamələri
  • Kameral uyğunsuzluqların təhlili və cavablandırılması
  • Vergi şəxsi hesab vərəqəsinin yoxlanılması və üzləşmələrin aparılması
  • Vergi orqanları ilə yazışma, izahat və nümayəndəlik
  • Vergi risklərinin əvvəlcədən aşkarlanması və azaldılması
02

Mühasibat Uçotunun Təşkili

Uçot, əmək haqqı, bank-kassa nəzarəti və idarəetmə hesabatlarının sahibkar üçün aydın formatda aparılması.

  • İlkin sənədlərin yığılması, yoxlanılması və sistemləşdirilməsi
  • Bank, kassa, satış, alış və anbar əməliyyatlarının uçotu
  • Əməkhaqqı, debitor-kreditor və ödəniş intizamına nəzarət
  • Aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması
  • Uçot sisteminin qurulması və bərpası
  • Pul axını, xərc strukturu və mənfəətlilik üzrə hesabatlar
03

Gömrük və İdxal-İxrac Dəstəyi

Sənədləşmə, uyğunluq və əməliyyat strukturunun düzgün qurulması üzrə praktik məsləhət.

  • HS kod və gömrük rüsumu risklərinin ilkin analizi
  • İdxal, ixrac və tranzit sənədlərinin yoxlanılması
  • Invoice, packing list, CMR və mənşə sertifikatı üzrə yönləndirmə
  • Gömrük bəyannamələri və qısa idxal bəyannamələri üzrə dəstək
  • Incoterms, müqavilə və ödəniş şərtləri üzrə risk analizi
  • Gömrük orqanları ilə yazışma və prosesin koordinasiyası
Xarici müştərilər üçün
04

Azərbaycandan Məhsul Tapılması və Əlaqələndirmə

Xarici tərəfdaşlar üçün uyğun istehsalçıların müəyyənləşdirilməsi, ilkin əlaqə, danışıqların təşkili və sənədləşmə istiqamətində yönləndirmə.

  • Məhsul tələbinin və texniki spesifikasiyanın dəqiqləşdirilməsi
  • Uyğun istehsalçı və təchizatçıların araşdırılması
  • Təchizatçıların ilkin etibarlılıq və imkan qiymətləndirilməsi
  • İlkin əlaqə, RFQ/sorğu və görüşlərin təşkili
  • Qiymət, həcm, qablaşdırma və çatdırılma şərtlərinin koordinasiyası
  • İxrac sənədləri, Incoterms və əməliyyat riskləri üzrə ilkin yönləndirmə

Yanaşma

Sahibkar üçün aydınlıq, komanda üçün ölçülə bilən maliyyə prosesi.

Hər müştəridə əvvəlcə mövcud vəziyyəti xəritələyirik, riskləri qeyd edirik və icra təqvimi qururuq. Beləliklə, hesabatlar son gün panikasına çevrilmir, maliyyə məlumatı isə qərarvermə üçün real alətə çevrilir.

İlkin yoxlama üçün zəng edin →
01

İlkin diaqnostika

Vergi rejimi, sənəd axını, borc-alacaq və əsas risk nöqtələri yoxlanılır.

02

İcra planı

Kim, nəyi, nə vaxt və hansı sənəd əsasında icra edəcək — aydın təqvim qurulur.

03

İcra və nəzarət

Hesabat, uçot və yazışmalar davamlı nəzarətdə saxlanılır.

Nəticə

Biznes sahibinin real ehtiyacına uyğun nəticələr.

Vaxtında hesabat

Hesabat təqvimi və xatırlatmalar sayəsində təqdimetmə gecikmələri minimuma enir.

Şəffaf maliyyə

Gəlir, xərc, borc, alacaq və ödəniş intizamı sahibkar üçün anlaşılan formatda görünür.

Riskin azalması

Kameral uyğunsuzluqlar və sənəd boşluqları əvvəlcədən aşkarlanır və nəzarətdə saxlanılır.

Praktik dəstək

İdxal-ixrac və təchizatçı axtarışı üzrə addım-addım praktiki dəstək göstəririk.

MÜŞTƏRİ PORTFELİ

Fərqli sahələrdə fəaliyyət göstərən bizneslərə dəstək veririk.

Qida, xidmət, nəqliyyat və idman sahələrində fəaliyyət göstərən şirkətlər üçün vergi, uçot, maliyyə və əməliyyat proseslərinə praktik dəstək göstəririk.

Haqqımızda

ANT Consulting sahibkarlar üçün maliyyə və uçot proseslərini idarəolunan sistemə çevirir.

"ANT Consulting" MMC mikro, kiçik və orta bizneslər üçün vergi, mühasibat uçotu, gömrük və ticarət əməliyyatları üzrə praktik biznes dəstəyi göstərir. Məqsədimiz sahibkarın vaxtını sənəd və hesabat qarışıqlığına deyil, satışa, böyüməyə və idarəetməyə ayırmasına kömək etməkdir.

Məxfilik

Maliyyə və əməliyyat məlumatlarına məsuliyyətlə yanaşırıq.

Dəqiqlik

Hər hesabat yoxlanıla bilən sənəd izi və məntiqlə hazırlanır.

Əlçatanlıq

Premium keyfiyyəti sahibkar üçün aydın və rahat kommunikasiya ilə təqdim edirik.

Rəhbər komanda

Komandanın əsas simaları.

Ramiz Əmirbəyov

Ramiz Əmirbəyov

Baş direktor | Həmtəsisçi

Şirkətin strateji inkişafı, hüquqi təmsilçilik və ümumi risk nəzarəti üzrə məsul şəxs.

Faiq Eldarov

Faiq Eldarov

İcraçı direktor | Həmtəsisçi

Əməliyyatların idarə edilməsi, mühasibat uçotu, vergi hesabatları və maliyyə konsultasiyası üzrə məsul şəxs.

Orxan Məmmədov

Orxan Məmmədov

Beynəlxalq ticarət üzrə menecer

İdxal-ixrac sənədləşməsi, uyğunluq, sertifikatlaşdırma və xarici tərəfdaşlarla əlaqələr üzrə məsul şəxs.

FAQ

Ən çox verilən suallar.

Hansı bizneslərə xidmət göstərirsiniz?

Əsas fokusumuz mikro, kiçik və orta bizneslərdir. Dövriyyəsi daha böyük olan şirkətlər üçün də fəaliyyət sahəsi, sənəd dövriyyəsi və iş həcminə uyğun fərdi xidmət modeli qurula bilər.

Yalnız Xaçmaz və Bakıda xidmət göstərirsiniz?

Xeyr. Xidmətlər Azərbaycan üzrə onlayn və yerində əməkdaşlıq formatında təşkil oluna bilər. Müştərinin ehtiyacına görə görüş, sənəd mübadiləsi və hesabat prosesi uyğun formada qurulur.

Xarici müştərilərə necə kömək edirsiniz?

Xarici müştərilər üçün Azərbaycanda uyğun məhsul, istehsalçı və təchizatçıların araşdırılması, ilkin əlaqə, görüşlərin təşkili, kommersiya şərtlərinin dəqiqləşdirilməsi və ixrac sənədləri üzrə yönləndirmə təmin edilir.

Qiymət necə müəyyən edilir?

Qiymət fəaliyyət sahəsi, sənəd dövriyyəsi, vergi rejimi, iş həcmi və tələb olunan xidmət modelinə görə fərdi hesablanır. İlkin vəziyyət müzakirə edildikdən sonra uyğun təklif hazırlanır.

Əlaqə

Biznesiniz üçün uyğun dəstək modelini birlikdə seçək.

Qısa məlumat göndərin. Cavabı email, telefon, WhatsApp və ya Telegram üzərindən təşkil etmək olar.

Ofis: Azərbaycan, AZ2700 Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 11A
Göndərmə üsulu

Zəng et WhatsApp Telegram